07 aprel 2021, 17:52

Natella Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Vətən müharibəsində qazanılan şanlı Zəfərlə Azərbaycanın adını qızıl hərflərlə tarixə yazdınız, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz, rəşadətli Ordumuzun qüdrətini bütün dünyaya göstərdiniz. Doğma torpaqlarımıza olan 30 illik həsrətimizə məhz Sizin müdrik, uzaqgörən siyasətiniz nəticəsində son qoyuldu.

Cənab Prezident, çox sağ olun ki, xalqımıza bu möhtəşəm Qələbə sevincini yaşatdınız. Bir əsgər anası olaraq fəxr edirəm ki, Sizin kimi müdrik və qətiyyətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hacıyeva Natella Yadulla qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.