07 aprel 2021, 10:00

Rəmzi Məmmədovdan, Naftalan, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Mən hərbçiyəm, artilleriya qoşunları sıralarında baş gizir olaraq qulluq edirəm. Müharibə dövründə atdığınız qətiyyətli addımlar bizi olduqca qürurlandırırdı. İndi isə işğaldan azad edilmiş torpaqlarımızda Sizin rəhbərliyinizlə həyata keçirilən böyük yenidənqurma və bərpa işlərindən çox fərəhlənirik.

Cənab Prezident, mən bir Azərbaycan vətəndaşı olaraq Qarabağda aparılan quruculuq işləri ilə bağlı tapşırıqlarınızı yerinə yetirməyə hər an hazıram. Sizə cansağlığı, ölkəmizin daha da inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram. Ulu Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Məmmədov Rəmzi Kamal oğlu.

Azərbaycan Respublikası, Naftalan şəhəri.