Mahir Mövlayevdən, Bərdə, Azərbaycan
06 aprel 2021, 18:00
Əziz Prezidentimiz.
Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş torpaqlarını azad etdiyinizə görə Sizə və qəhrəman Ordumuza dərin minnətdarlığımı bildirirəm. Siz 30 illik həsrətimizə son qoyaraq bizə böyük sevinc və qürur hissi yaşatdınız.
Sizinlə qürur duyur və tarixi Qələbə münasibətilə Sizə həsr etdiyim şeiri təqdim edirəm.
Düşmən elə bilməsin
Durduğu yer möhkəmdir.
Orda şəhid qanı var,
Əsgərlərin andı var.
İgid, cəsur oğlanlar
Daim sözünü deyəcək
Siz yaşatdınız bizlərə
Şanlı Zəfər Gününü
Şuşa, Laçın, Kəlbəcər
Azadlığın rəmzidir
Xocalının, Ağdamın
Qisasını alırıq.
Düşmənə vurub zərbə,
Sədasını alarıq.
Cəbrayılın, Füzulinin
Qisasını alarıq.
Qarabağın dərdinə
Dərman olub qalarıq
Xankəndi, Qubadlının
Qisasını alarıq
Bayrağımızı sancarıq
Ağdərə, Zəngilana
Şanlı gözəl yurduna
Mahirdən salam olsun!
Hörmətlə,
Mövlayev Mahir.
Azərbaycan Respublikası, Bərdə rayonu.