06 aprel 2021, 17:20

Fuad Şahindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Rəşadətli Ordumuz Sizin Ali Baş Komandanlığınızla tarix yazdı. Xalqımızın 30 illik həsrətinə son qoyduğunuza, bizə böyük sevinc və qürur hissi yaşatdığınıza görə Sizə minnətdarıq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, Azərbaycanın daha da inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Əziz Prezidentimiz, Sizə ithaf etdiyim şeiri diqqətinizə çatdırıram:

Bu günün, sabahın nurlu səhəri,

Xalqın dar günündə polad təpəri.

Millətinin gücü, daim zəfəri,

Azərbaycanımın dayağı Ilham.

Səninlə bağlıdır inkişafımız,

Sənsən gümanımız, dönməz andımız.

Zirvəyə aparan qol-qanadımız,

Azərbaycanımın dayağı İlham.

Günəş tək doğdun Azərbaycana,

Gətirdin bu yurdu yenidən cana.

Eşq olsun xalqını qəlbdən duyana,

Azərbaycanımın dayağı Ilham.

Tanıtdın Vətəni bütün dünyaya,

Çoxu qibtə etdi bu yüksəlişə.

Saleh əməllərin gəlməyir saya,

Azərbaycanımın dayağı İlham.

Layiqli atanın layiqli oğlu,

Sənə arxalanır bu məmləkətin.

Sən xalqının müdrik lideri,

Azərbaycanımın dayağı İlham.

Hörmətlə,

Fuad Şahin.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.