Səid Həsənovdan, Sabirabad, Azərbaycan
Text size
06 aprel 2021, 15:48
Hörmətli cənab Prezident,
Sizin sayənizdə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik olaraq öz həllini tapmışdır. Azərbaycan bu müharibədə tarixi Qələbə əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri artıq başlayıb. Bütün bunlara görə Sizə dərin minnətdarlıq bildirirəm.
Ölkəmizin daha da qüdrətlənməsi, onun beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi yolunda Sizə yeni-yeni uğurlar, nailiyyətlər, ən əsası möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Həsənov Səid Vahid oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu.