04 mart 2021, 14:42

Xancan Mərəşlidən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, Vətən müharibəsi iştirakçısı kimi Sizdən və dövlətimdən çox məmnunam. Əvvəla, Sizin Ali Baş Komandanlığınız, müdrik və praqmatik siyasətiniz sayəsində düşmən üzərində Qələbə qazandıq, xalqımıza hədsiz sevinc bəxş olundu. Eyni zamanda, bir müharibə iştirakçısı olaraq mənə qayğı, kömək göstərilir. Müharibədən qayıdandan sonra “Salyan OİL LTD” müəssisəsindəki əvvəlki iş yerimə dönmək istəyində idim. Bu barədə Sizə müraciət ünvanlamışdım və ümid edirdim ki, mənim müraciətimə dərhal reaksiya veriləcək və kömək göstəriləcək. Belə də oldu. Artıq, əvvəlki işimə bərpa olunmuşam və həvəslə çalışıram.

Müzəffər Ali Baş Komandan, Sizə minnətdarlığımı çatdırır, hər zaman əmrinizə müntəzir olduğumu bildirirəm.

Hörmətlə,

Mərəşli Xancan Xəqani oğlu, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi.