04 mart 2021, 10:00

Sahilə Fərmanovadan, Beyləqan, Azərbaycan

Çox hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Azərbaycanımızın bu günü, işıqlı sabahı naminə gördüyünüz və görəcəyiniz uğurlu işlərə, uzaqgörən siyasətinizə görə Sizə Beyləqan rayonu S.Mehdiyev adına Yuxarı Aran qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdləri adından minnətdarlığımı bildirirəm.

Şagirdlərim Sizin heyranlarınızdırlar. Sizin xarici mətbuat nümayəndələri qarşısında dörd dildə sualları cavablandırmağınız, dərin biliyə və fenomen zəkaya sahib olmağınız onlarda elmə, təhsilə marağı daha da artırıb. Onlar dövlətimizə, dünyanı heyrətləndirən İlham Əliyev adına layiq olmaq üçün biliklərə mükəmməl şəkildə yiyələnəcəklərinə söz veriblər. Bu, tək mənim şagirdlərimin deyil, bütövlükdə Azərbaycan məktəblilərinin sözüdür.

Möhtərəm cənab Prezident, Siz xalqımızın böyük oğlusunuz. Mən müəllim olaraq sevinirəm ki, gələcəyimizin təminatçısı olan şagirdlərimizin bugünkü esselərinin, inşalarının, söylədikləri şeirlərin qəhrəmanı Sizsiniz. Allah Sizi, xalq üçün döyünən sevgi dolu ürəyinizi, birlik rəmzi olan yumruğunuzu, gücünüzə güc qatan ailənizi qorusun.

Yuxarı Aran qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdləri adından dərin hörmətlə,

Fərmanova Sahilə Bəhrəm qızı, sinif rəhbəri.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi.