03 mart 2021, 14:23

Samiq Nəbiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən “Kapitan Nağdəliyev” gəmisinin kapitanıyam. Gəmi, heyəti ilə birlikdə ötən il mayın 12-dən Livanın Beyrut limanında həbsdə saxlanılırdı. Bu barədə Sizə məktubla müraciət etmişdik. Sizin səyləriniz nəticəsində, müraciətimizlə əlaqədar görülən məqsədyönlü tədbirlər hesabına nəhayət ki, ölkəmizə geri qayıda bildik.

Cənab Prezident, bununla əlaqədar şəxsən Sizə, Vətənə geri qaytarılmağımızda əməyi olan hər kəsə minnətdarlığımızı bildirirəm. Çox sağ olun ki, bizi yad bir dövlətdə kimsəsiz qoymadınız. Vətənimizin və Sizin qayğınızı biz daim hiss etdik.

Yaşasın Azərbaycan!

“Kapitan Nağdəliyev” gəmisinin heyəti adından hörmətlə,

Nəbiyev Samiq Əliyar oğlu, gəmi kapitanı.

Azərbaycan Respublikası, Bakı şəhəri.