03 mart 2021, 16:33

Qeriyev Aslan Vladimiroviçdən, Nalçik, Rusiya

Hörmətli cənab Prezident.

Mən Birinci Qarabağ müharibəsi zamanı Goranboy rayonunun Şəfəq, Qaraçinar kəndləri, həmçinin Şuşa uğrunda döyüşlərdə iştirak etmişəm.

1990-1992-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbini fərqlənmə diplomu ilə bitirmiş şəxs kimi özümün, həmçinin nümayəndəsi olduğum balkarların adından Sizi və Azərbaycan xalqını respublikanızın ərazi bütövlüyünün bərpası, hərbi əməliyyatların qələbə ilə sona çatması münasibətilə təbrik edir, hər zaman Azərbaycanın rifah və inkişafını arzulayıram.

Hörmətlə,

Qeriyev Aslan Vladimiroviç

Rusiya Federasiyası, Kabardin-Balkar Respublikası, Nalçik şəhəri.