02 mart 2021, 18:25

Sahil Şahsuvarovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizə qəlbimdən gələn səmimi hisslərlə, böyük sevgi ilə minnətdarlığımı və təbriklərimi çatdırıram. Biz Sizi çox sevirik.

Sizin - Ali Baş Komandanımızın və qəhrəman Ordumuzun sayəsində xalqımız böyük xoşbəxtlik yaşadı.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. 44 günlük müharibədə parlaq Qələbəmiz bir daha Azərbaycan Ordusunun bütün dünyaya öz gücünü, Ordunun başında dayanan Ali Bas Komandanın əyilməz qürurunu, bitməyən hünərini və böyük sərkərdəliyini göstərdi.

Ümummilli liderimiz – müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin ruhu indi şaddır. Siz onun vəsiyyətini uğurla və parlaq qələbə ilə yerinə yetirdiniz. Artıq Azərbaycan xəritədə və dünya ölkələri arasında bir müstəqil ölkə olaraq öz bütövlüyünü bərpa edib.

Cənab Prezident!

Siz Azərbaycanın əbədi Prezidentisiniz. 44 günlük müharibədə, bir dəfə də olsun maaşlar, pensiya və təqaüdlər gecikmədi. Başqa müharibə aparan ölkələrdə dərin iqtisadi böhranlar yaşanır, Azərbaycanda isə hətta müharibə gedən dövrdə də iqtisadi cəhətdən inkişaf və güclənmə müşahidə edilirdi.

Uca Tanrıdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Şahsuvarov Sahil Vaqif oğlu

Azərbaycan Respublikası, Bərdə rayonu.