02 mart 2021, 16:33

Fidan Əhmədovadan, Goranboy, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Mən bir məktəbli olaraq, Sizi, qəhrəman Ordumuzu və xalqımızı düşmən üzərində qazanılmış qələbələr münasibətilə təbrik edirəm.

Çox şükür ki, Sizin sayənizdə torpaqlarımız işğaldan azad olundu. Siz Azərbaycan üçün yeni bir tarix yazdınız. Azərbaycan xalqının Sizə olan inam və etimadını doğrultdunuz. Bu haqq işində Sizə cansağlığı, uğurlar arzulayıram.

Hörmətlə,

Əhmədova Fidan Qabil qızı, Xocalı rayon sakini.

Azərbaycan Respublikası, Goranboy rayonu, yeni yaşayış massivi.