02 mart 2021, 15:08

Əsgər Cəbiyevdən, Lənkəran, Azərbaycan

 Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Biz azərbaycanlılar Sizin rəhbərlik etdiyiniz ölkədə yaşadığımız üçün dünyanın ən şanslı sakinləriyik. Siz Azərbaycanı dirçəldən və bütün dünyada tanıdan ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Mən bir azərbaycanlı gənc kimi bu gün qürur hissi keçirirəm ki, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız Sizin polad kimi möhkəm iradəniz, uzaqgörən siyasətiniz, tükənməz sərkərdəlik məharətiniz nəticəsində azad edildi. Ətrafınızda yumruq kimi birləşən qəhrəman əsgərlərimizin, sarsılmaz, güclü Ordumuzun sayəsində böyük tarixi Qələbə qazanıldı və torpaqlarımız yağı düşməndən xilas oldu. Əziz Prezidentimiz, 44 günlük Vətən müharibəsi ərzində və ondan sonrakı qısa zaman kəsiyində biz bir daha şahid olduq ki, Sizin yürütdüyünüz siyasət, əzmkarlığınız və bütün fəaliyyətiniz yalnız və yalnız Azərbaycanın bütövlüyünə, inkişafına və xalqın rifahının yaxşılaşdırılmasına xidmət edir. Mən və ailə üzvlərim böyük fərəh hissi ilə Sizi dəstəkləyir və bundan sonrakı dövrdə də Sizi Prezident olaraq görmək istəyirik. Allah Sizə və ailənizə uzun ömür, cansağlığı nəsib etsin.

Tanrı Sizi qorusun, Müzəffər Ali Baş Komandanımız.

Hörmətlə,

Cəbiyev Əsgər Məhərrəm oğlu

Azərbaycan Respublikası, Lənkəran şəhəri.