02 mart 2021, 13:14

Reyhan Abbaslıdan, Biləsuvar, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,

Sizin rəhbərliyinizlə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycanın inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Fevralın 26-da baş tutan brifinqdəki çıxışınızda Azərbaycanın gücünü, tariximizə və bu günümüzə sahib çıxdığımızı, xalqımızın yaratmış olduğu dəyərlərin toxunulmaz olduğunu çox gözəl vurğuladınız. Həmçinin Sizin mətbuat nümayəndələrinin suallarına 4 dildə verdiyiniz səlis və səmimi cavablar Azərbaycan xalqının etimadını layiqincə doğrultmuş Prezident olduğunuzu bir daha sübut etdi. Mən də bir Azərbaycan vətəndaşı kimi Respublikamızı bu cür layiqli təmsil etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abbaslı Reyhan

Azərbaycan Respublikası, Biləsuvar rayonu.