02 mart 2021, 12:11

Əvəz Mikayılovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin, fevralın 26-da – Xocalı soyqırımının ildönümündə keçirdiyiniz 4 saatlıq mətbuat konfransını çox diqqətlə izlədik. Jurnalistlərin suallarına çox səbirlə və əhatəli cavablar verməyiniz bizi qürurlandırdı. Xarici jurnalistlər Sizin cavablarınıza 4 dildə qulaq asaraq öz heyrətlərini bildirirdilər.

44 günlük Vətən müharibəsində qalib gələrək torpaqlarımızı Sizin rəhbərliyinizlə işğaldan azad etməyimiz bizi çox sevindirir. Bütün bu uğurlara görə Sizə təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik!

Hörmətlə,

Mikayılov Əvəz,

Ağdam rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Ağdam rayonu.