02 mart 2021, 10:00

Adəm Orucovdan, Bakı, Azərbaycan

Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan!

İlk növbədə, Sizə doğma Qarabağ torpaqlarımızın düşmən tapdağından azad olunması ilə bağlı öz minnətdarlığımı bildirirəm.

Siz bizə bu sevinci öz uğurlu və uzaqgörən siyasətiniz ilə bəxş etdiniz. Gündən-günə inkişaf edən, öz tərəqqisi ilə dünyaya səs salan Vətənimiz artıq beynəlxalq aləmdə öz sözünü demişdir. Azərbaycanın uğurlu siyasətinin təməlini qoyan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev daim Azərbaycanın bölünməz, qüdrətli olduğunu demiş və bu qüdrətin sarsılmaz olacağını bildirmişdir. Siz, sözün əsl mənasında, Azərbaycanımızın qüdrətinin sarsılmaz olduğunu sübut etdiniz. Eyni zamanda öz uğurlu çıxışlarınızla bir daha bildirdiniz ki, Azərbaycan təkcə hərb meydanında deyil, informasiya məkanında da yenilməzdir. Sizin 4 dildə və 4 saatdan çox olan mətbuat konfransınız hər bir azərbaycanlıda fəxr, qürur hissi yaratdı.

Cənab Prezident, Sizi böyük Qələbə və möhtəşəm mətbuat konfransı münasibətilə bir daha ürəkdən təbrik edir, daim müzəffər olmanızı arzu edirəm.

Ulu Tanrı Sizi və Vətənimizi qorusun!

Hörmətlə,

Orucov Adəm Namiq oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.