01 mart 2021, 16:45

95 yaşlı Fatma Orucova və 92 yaşlı Şükufə Orucovadan, Tərtər, Azərbaycan

Əziz Prezidentimiz.

Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazanılan Qələbə Sizi xalqımızın gözündə daha da ucaltdı. Biz Sizinlə - Ulu Öndərimizin yadigarı ilə fəxr edirik, qürur duyuruq.

Bizim yaşımız 90-dan yuxarıdır. Həyatın çox sınaqlarından keçmişik, yaxşıya da, pisə də qiymət verməyi bacarırıq. Siz həmişə xalqla birgə olan rəhbərsiniz.

Əziz Prezidentimiz, çox sağ olun ki, bizim kimi yaşlı nəslin sağlamlığının qeydinə qalırsınız. Dünyanı bürüyən virusla mübarizədə də Sizin rəhbərlik etdiyiniz Azərbaycan dövləti nümunə oldu. Biz də - iki elti xəstəliyə qarşı peyvənd vurdurduq. Özümüzü yaxşı hiss edirik. Bizim sağlamlığımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.

Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin. “Ot kökü üstə bitər” - deyirlər. Siz Ulu Öndərin layiqli davamçısısınız. Allah köməyiniz olsun, ailənizi qorusun!

Hörmətlə,

95 yaşlı Fatma Orucova və 92 yaşlı Şükufə Orucova

Azərbaycan Respublikası, Tərtər rayonu, Seydimli kəndi.