04 mart 2021, 11:06

Aqşin Əkbərovdan, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident.

2020-ci il sentyabr ayının 27-də erməni faşistlərinin atəşkəsi xaincəsinə pozması onlara baha başa gəldi. Sizin - Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün başlanan 44 günlük Vətən müharibəsi şanlı Ordumuzun Qələbəsi ilə yekunlaşdı. Düşmən ölkənin rəhbəri kapitulyasiya sənədini imzalamağa məcbur edildi. Bununla da Siz xalqımıza uzun illər həsrətində olduğu Qələbə sevincini yaşatdınız. Siz öz adınızı Azərbaycanın şərəf tarixinə qızıl hərflərlə yazdınız.

Fevralın 26-da keçirdiyiniz mətbuat konfransındakı çıxışınız, yerli və xarici jurnalistlərin suallarına dolğun cavablar verməyiniz xalqımıza bir daha ruh yüksəkliyi bəxş etdi. Sizin bütün cavablarınız xalqın ürəyindən gələn sözlərdir.

Cənab Prezident, mən və rəhbəri olduğum kollektiv Sizə gördüyünüz bu böyük işlərdə yeni uğurlar arzulayırıq, daim Sizin yanınızda olmaqdan qürur duyuruq.

Allah Sizi qorusun!

Hörmətlə,

Aqşin Əkbərov

Xırmandalı kənd 1 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Xırmandalı kəndi.