01 mart 2021, 15:19

Ramiz Əzimovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə həyata keçirilən davamlı islahatlar, sosial-iqtisadi layihələr sayəsində Azərbaycanda əhalinin güzəranı yaxşılaşmış, idarəetmə sisteminin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində müsbət nəticələr əldə olunmuşdur. Əvvəllər ölkəmizdə bir sıra bürokratik əngəllər mövcud idi. Adi sənədlərin əldə olunması belə bəzən problemə çevrilirdi. İndi isə tamam başqa mənzərə hökm sürür. Vətəndaşlara xidmət səviyyəsi yüksəlmiş, lazımi sənədlərin vaxtında verilməsi təmin olunmuşdur.

Ölkəmizdə sağlam mühitin formalaşdırılmasına korrupsiya və rüşvətxorluğa qarşı aparılan layiqli mübarizə mühüm töhfələr verməkdədir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiyaya yol verən, xalqın və dövlətin malına kəm baxan məmurların məsuliyyətə cəlb olunması ölkə cəmiyyətində razılıqla qarşılanır. Sizin bu istiqamətdə qətiyyətli və prinsipial mövqe tutmağınız hamı kimi məni də sevindirir.

Cənab Prezident, Sizin siyasətinizi və qətiyyətli addımlarınızı hər zaman dəstəkləyirik.

Dərin hörmətlə,

Ramiz Əzimov

Azərbaycan Respublikası, Lənkəran rayonu, Vilvan kəndi.