Kənan Abuzərzadədən, Ağcabədi, Azərbaycan
Text size
23 fevral 2021, 13:26
Möhtərəm cənab Prezident.
Qarabağı işğaldan azad etdiyiniz üçün Sizə çox minnətdaram.
Bizim doğma dədə-baba torpaqlarımız olan Laçın rayonu da artıq azaddır. O yerlərə qayıdacağımız günləri böyük səbirsizliklə gözləyirik.
Cənab Prezident, Siz təkcə torpaqlarımızı deyil, eyni zamanda, tariximizi, xatirələrimizi, milli qürurumuzu özümüzə qaytardınız, tarixi ədaləti bərpa etdiniz. Bu işlərin dəyəri çox böyükdür.
Ulu Tanrı hər zaman dayağınız olsun.
Hörmətlə,
Kənan Abuzərzadə
Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində yaşayan Laçın rayon sakini
Azərbaycan Respublikası, Ağcabədi rayonu.