Eşki Osmandan, Bakı, Azərbaycan
23 fevral 2021, 11:11
Dünya azərbaycanlılarının Lideri, Müzəffər Ali Baş Komandan.
Siz çox dəyərli insan, qayğıkeş dövlət başçısısınız. Mən müstəqil və inkişaf edən Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq bizim üçün, xalqımız üçün yaratdığınız, qurduğunuz əmin-amanlığa, dövlətimizin inkişafı naminə yorulmadan çalışdığınıza görə Sizə çox təşəkkür edirəm.
Biz gənclər rahat və təhlükəsiz şəraitdə yaşayırıq, dünyanın ən qabaqcıl ölkələrində təhsil ala bilirik. Ölkəmizdə infrastruktur ən yüksək səviyyədə qurulub, vətəndaşlara xidmətlər ildən-ilə daha da yaxşılaşır, Azərbaycan sürətlə inkişaf edir. Bunların hamısı Sizin əziyyətinizin bəhrəsidir.
Azərbaycan daim Sizinlə olsun.
Hörmətlə,
Eşki Osman
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.