Cəfərov Cəfər Seymur oğlundan, Bakı, Azərbaycan
22 fevral 2021, 17:40
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Qələbə münasibəti ilə Sizi təbrik edir, uca Allahdan Sizə və ailənizə cansağlığı arzu edirik.
Mən bir məcburi köçkün olaraq, bu statusu bizim üzərimizdən götürdüyünüz üçün Sizə öz adımdan və ailəm adından minnətdarlığımızı bildirirəm. Öz doğma yurduma-Ağdama qayıdacağım günü böyük səbirsizliklə gözləyirəm. O torpaqlarda yasayacağmız hər bir xoşbəxt anı Sizə borcluyuq.
Siz ulu öndər Heydər Əliyevin yolunu böyük şərəflə və əzmkarlıqla davam etdirirsiniz. Mən fəxr edirəm ki, müzəffər, uzaqgörən siyasətçi cənab İlham Əliyevin idarə etdiyi müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam. Bu gün Sizin atdığınız addımlar sayəsində ölkəmiz günbəgün inkişaf etməkdədir. Sizin apardığınız siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada öz nüfuzunu yüksəldir. Sizin şəhid ailələrinə yetirdiyiniz diqqət xüsusi ilə vurğulanmalıdır.
Azərbaycan Respublikasının vətəndaşı olaraq hər zaman yanınızda olacağımı diqqətinizə çatdırmaq istərdim. Sizə gələcək həyatınızda uğurlar arzulayıram.
Hörmətlə,
Cəfərov Cəfər Seymur oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.