Zülfiyyə Həsənovadan, Şirvan, Azərbaycan
22 fevral 2021, 18:06
Möhtərəm cənab Prezident.
Biz Sizinlə fəxr edirik. Böyükdən kiçiyə hamı Sizin kəlamlarınızı əzbərləyir, hamı “Qarabağ Azərbaycandır!” deyir. Daim var olasınız. Allah Sizə cansağlığı versin.
Siz Şuşa şəhərinin alınmasını elan edəndə hamımız kövrəldik. Siz atanızın məzarı üstündə Ulu Öndərə onun vəsiyyətini yerinə yetirdiyinizi, vəsiyyətinə əməl etdiyinizi söylədiniz, Allaha şükür etdiniz. Sizin həmin çıxışınızı göz yaşları ilə dinlədik.
Gözümüz aydın olsun, Qələbə hissini yaşadıq, qürurlandıq. Sizin və Ordumuzun sayəsində doğma torpaqlarımıza qovuşduq.
Allah Sizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Dəmir yumruğunuz daim güclü, başınız uca olsun.
Hörmətlə,
Zülfiyyə Həsənova
Azərbaycan Respublikası, Şirvan şəhəri.