04 mart 2021, 15:50

Nəcəfquliyev Heyran Arif oğlundan, Sabirabad, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

44 gün davam edən Vətən Müharibəsi böyük Qələbəmizlə başa çatdı. Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Vətən Müharibəsində bizə bəxş etdiyiniz möhtəşəm Qələbə münasibətilə Sizi və xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyir, Sizə cansağlığı və uğurlar, qazilərimizə tezliklə şəfa tapmasını arzulayıram.

Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Hörmətlə,

Nəcəfquliyev Heyran Arif oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu.