02 mart 2021, 17:40

Miradil Əhmədlidən, Sabirabad, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Doğma torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz xalqımızı 30 ildir həsrətini çəkdiyi torpaqlarımıza qovuşdurdunuz, şəhidlərimizin qısasını aldınız. Bu Qələbə ilə Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi. Elə buna görə də xalqımız haqlı olaraq Sizinlə qürur duyur.

Allah Sizi Azərbaycan xalqının, Azərbaycan Ordusunun başı üstündən əskik etməsin.

Hörmətlə,

Əhmədli Miradil

Azərbaycan Respublikası, Sabirabad şəhəri.