03 mart 2021, 15:45

Həsənova Nəcibə İkram qızından, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanımızın daim inkişaf edərək çiçəklənməsi, təhlükəsizliyi və ərazi bütövlüyü uğrunda əsasını qoyduğu və davam etdirilməsini Sizə vəsiyyət etdiyi tarixi bir missiyanı uğurla başa çatdırdınız.

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanı ilə fəxr edir, qürur duyur.

Biz hamımız Sizi daimi dövlət başçımız görür, Sizə Allahdan cansağlığı və uzun ömür diləyirik.

Hörmətlə,

Həsənova Nəcibə İkram qızı

Azərbaycan Respublikası, Sabirabad rayonu.