01 mart 2021, 17:55

Vəfa Kərimovadan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.

Dövlət də bir ailədir. Siz bir ailə başçısı kimi hamımıza qayğı göstərirsiniz. Uşaqdan böyüyə kimi hər kəs öz gündəlik həyatında bu qayğını hiss edir. Şagirdlər yaxşı məktəblərdə təhsil alır, yaşlı insanların pensiya və təqaüdləri ildən-ilə artırılır, gənclər üçün geniş imkanlar yaradılıb. Sizin gördüyünüz işlər digərləri üçün nümunədir.

Hörmətli Prezident, biz vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Gördüyünüz bütün işləri alqışlayır, Sizinlə fəxr edirik.

Hörmətlə,

Vəfa Kərimova

Azərbaycan Respublikası, Sabirabad şəhəri.