İlham Əliyev Kəngərli rayonunda mədəniyyət və istirahət parkı ilə tanış olmuş, mədəniyyət evinin açılışında iştirak etmişdir

30 may 2012, 16:20

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlmişdir.

Dövlət başçısı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidenti burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir. Gözəl mədəniyyət evi tikilmişdir. Yəni, Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir.

Son illər ərzində muxtar respublika böyük və şərəfli yol keçmişdir. Təkcə bu gün mən həm Naxçıvan şəhərində, həm də Kəngərli rayonunda bir sıra tədbirlərdə iştirak etmişəm. Günortadan sonra isə Culfa rayonunda bir sıra tədbirlərdə iştirak edəcəyəm. Bu tədbirlər çoxşaxəlidir, bütün sahələri əhatə edir. Hər bir yerdə, hər bir rayonda sürətli inkişaf gedir və respublikanın qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Həm sosial-iqtisadi inkişafla bağlı məsələlər həll olunur, həm də biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bu dinamika, bu inkişaf muxtar respublikanın iqtisadi göstəricilərində də öz əksini tapıbdır. Keçən ilin yekunlarına görə həm sənaye, həm kənd təsərrüfatı istehsalı, həm də ümumi daxili məhsul artmışdır. Bu, məni çox sevindirir. Naxçıvanın Azərbaycanda xüsusi yeri vardır. Bu, muxtar respublikadır, qədim Azərbaycan torpağıdır. Burada işlər yaxşı getdiyi üçün bunun ümumi işimizə böyük təsiri və töhfəsi vardır.

Bu gün gözəl mədəniyyət evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda mədəniyyət evinin açılışında iştirak edirik.

Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm.

X X X

Kəngərli rayon sakinləri adından çıxış edən Qarabağlar kənd 2 nömrəli orta məktəbin müəllimi Minarə BAYRAMOVA dövlətimizin başçısına minnətdarlığını çatdıraraq dedi:

- Möhtərəm Prezident! Bu gün biz Azərbaycanın hər bir bölgəsində müşahidə olunan sürətli inkişafın şahidiyik. Bütün bunların kökündə ulu öndər Heydər Əliyevin yoluna, siyasi və nəzəri irsinə sədaqət dayanır.

Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli səkkiz il bundan əvvəl Sizin tərəfinizdən yaradılmışdır. Sizin muxtar respublikamıza hər səfəriniz rayonumuzda da yeni sosial obyektlərin istifadəyə verilməsi ilə əlamətdar olmuşdur.

2010-cu ildə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin və Kəngərli rayon ərazisindən keçən Naxçıvan–Sədərək avtomobil yolunun açılışında iştirak etmiş və rayonumuzda aparılan quruculuq işlərini yüksək qiymətləndirmişdiniz.

Bu gün Sizin himayənizlə Kəngərli rayon mədəniyyət evi və Heydər Əliyev mədəniyyət və istirahət parkı istifadəyə verilir.

Bu, bütün rayon sakinlərinin böyük sevincinə səbəb olub, hamımızda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Tikilən belə müasir binalar, salınan parklar dövlətimizin iqtisadi gücünü və Prezidentimizin ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğısının təzahürdür.

Möhtərəm Prezident! Sizin həyata keçirdiyiniz siyasi xətt Azərbaycan xalqının iradəsinə söykənir. Biz bu siyasi xəttə sadiqik və inanırıq ki, Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımız daha da inkişaf edib çiçəklənəcəkdir.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Dövlət başçısı Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

X X X

Daha sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, mədəniyyət evinin binası müasir görkəmi ilə diqqəti cəlb edir. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli binanın inşası zamanı milli ornamentlərdən də geniş istifadə olunmuşdur. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafı və təbliği ilə bağlı həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir.

Kəngərli rayon mədəniyyət evinin inşası da mədəni irsimizin inkişafı istiqamətində bölgələrdə də xeyli işin görülməsini təsdiq edir.

Dövlət başçısı binada yaradılmış şəraitlə yaxından tanış oldu.

İkimərtəbəli binanın foyesində Prezident İlham Əliyevin 2010-cu ilin oktyabrında Kəngərli rayonuna səfəri ilə bağlı fotoşəkillərdən ibarət guşə yaradılmışdır. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı, 286 yerlik tamaşa zalı vardır. Burada müasir işıqlandırma sistemi və işıq effektləri yaradan xüsusi sistem quraşdırılmışdır. Binanın ikinci mərtəbəsində 6 inzibati otaq fəaliyyət göstərir. Bundan əlavə, binada dekorasiya otağı və istirahət guşəsi yaradılmışdır. Mədəniyyət evinin binası müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.

Daha sonra Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 5 hektar ərazini əhatə edən parkda əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Burada fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilmişdir. Maraqlı attraksionlar, əyləncəli oyunlar uşaqların istirahətinin ən yüksək səviyyədə təşkilinə imkan verir. Parkda müasir işıqlandırma və suvarma sistemləri yaradılmışdır.

SƏNƏDLƏRSərəncamlar15 fevral 2019
16:25
Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işləri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stan...

15 fevral 2019, 16:25
SƏNƏDLƏRSərəncamlar15 fevral 2019
16:20
Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əlli min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar–Əyyublu–Alakol–İ...

15 fevral 2019, 16:20
SƏNƏDLƏRSərəncamlar15 fevral 2019
16:02
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli, “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2005-ci il 1 iyun tarixli 834 nömrəli, “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” 2006-cı il 22 noyabr tarixli 1788 nömrəli sərəncamlarında dəyişiklik edilməsi, “Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 13 sentyabr tarixli 403 nömrəli, “Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamənin təsdiq edilməsi və Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının tərkibi barədə” 1997-ci il 17 sentyabr tarixli 665 nömrəli və “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” 2011-ci

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli, “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı ü...

15 fevral 2019, 16:02
SƏNƏDLƏRSərəncamlar15 fevral 2019
16:00
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2006-cı il 16 fevral tarixli 1320 nömrəli, “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 2016-cı il 11 noyabr tarixli 24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün q...

15 fevral 2019, 16:00
SƏNƏDLƏRFərmanlar14 fevral 2019
17:05
“Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsə...

14 fevral 2019, 17:05
SƏNƏDLƏRSərəncamlar14 fevral 2019
16:45
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının ...

14 fevral 2019, 16:45
SƏNƏDLƏRSərəncamlar14 fevral 2019
13:45
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya ...

14 fevral 2019, 13:45