18 yanvar 2021, 10:36

Birsel Firiddindən, Bursa, Türkiyə

Möhtərəm cənab Prezident,

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, Vətən müharibəsinin Qələbə ilə tamamlanmasına görə öncə Sizi, Azərbaycan Ordusunu, eləcə də, müharibədə dik duruşundan dolayı Azərbaycan xalqını bu tarixi Zəfər münasibətilə təbrik edirəm.

“Bir millət, iki dövlət” şüarı Azərbaycan dövləti ilə Türkiyə dövlətinin birlik və bərabərliyinin göstəricisidir.

Qarabağ Zəfəri ilə Azərbaycan Qafqazların tarixində yeni bir səhifə açmışdır.

Zəfəriniz daim var olsun, haqq işinizdə Uca Allah daim Sizin yar və yardımçınız olsun.

Hörmətlə,

Birsel Firiddin Gürleyük

Türkiyə Respublikası, Bursa şəhəri.