18 yanvar 2021, 10:45

Elvin Məmmədovdan, Sumqayıt, Azərbaycan

Hörmətli Prezidentim, cənab İlham Əliyev,

Ölkəmizin inkişafı uğrunda apardığınız mübarizə, hamıya əvəzsiz dəstəyiniz danılmazdır və xalqımızın dəyərbilən vətəndaşları bunu çox yaxşı bilirlər.

Cənab Prezident, Sizin komandanlığınız altında şanlı Ordumuzun apardığı əzmkar döyüşlər xalq olaraq hamımızı qürurlandırdı. Mənfur erməni işğalçılarının torpaqlarımızdan qovulmasına və ərazi bütövlüyümüzün təmin edilməsinə görə çox sevinirik. Bütün Beyləqan əhalisi adından və çalışdığım “Azərtexnolayn” MMC-nin kollektivi adından Sizə minnətdarlığımı bildirirəm və gələcək işlərinizdə Sizə cansağlığı, uzun ömür diləyirəm.

Mən fəxr edirəm ki, Azərbaycanlıyam! Qarabağ Azərbaycandır!

Hörmətlə,

“Azərtexnolayn” MMC-nin kollektivi adından,

Məmmədov Elvin Afəddin oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.