16 yanvar 2021, 16:13

Tacir Aslanovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizə şəxsən öz səmimi minnətdarlığımı bildirmək istərdim. Allah Sizin kimi igid, cəsur, xalqını sevən Prezidenti başımızın üstündən əskik etməsin. Bu gün 10 milyon insanın ürəyi Sizinlə döyünür, Müzəffər Ali Baş Komandan. Allah Sizi bizə çox görməsin. Xalqımız Sizinlədir. Azərbaycanın yenilməz sərkərdəsi cənab İlham Əliyevə eşq olsun!

Mən bir laçınlı olaraq, ürəyində, damarlarında azərbaycanlı qanı axan Azərbaycan vətəndaşı kimi Sizinlə qürur duyuram. Fəxr edirəm ki, biz azərbaycanlıların belə məğlubedilməz, yenilməz Prezidenti var. Çünki Siz bizə Laçınımızı bəxş etdiniz, 30 il həsrətində olduğumuz torpaqlarımızı geri qaytardınız. Şəhidlərimizin, general Polad Həşimovun qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Azərbaycanı bütün dünyada qüdrətli və güclü bir dövlət kimi tanıtdığınız üçün Sizə, cənab Prezident, bir daha təşəkkür edirəm. Sevincimizin həddi-hüdudu yoxdur.

Yaşasın Prezidentimiz İlham Əliyev! Var olsun Azərbaycan!

Hörmətlə,

Aslanov Tacir Vaqif oğlu, şagird.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəli kəndi.