16 yanvar 2021, 15:21

Gülşən Ağayevadan, Bakı, Azərbaycan

Əziz Prezidentim,

Mənim ən böyük arzum Sizinlə görüşməkdir.

Bütün dünya üçün 2020-ci il çox çətin bir il oldu. Bəşəriyyəti cənginə almış koronavirus xəstəliyi bizdən də yan keçmədi. İndiyədək bütün dünyada bu xəstəliklə mübarizə aparılır. Bütün bunlara baxmayaraq, biz bilməzdik ki, 2020-ci ilin sonu biz azərbaycanlılar dünyanın ən xoşbəxt insanları olacağıq. Sizin sayənizdə biz bu ili böyük zəfərlə bitirdik. Siz mənim üçün adınızı “Əsrin Fatehi” kimi qızıl hərflərlə tarixə yazdıran Azərbaycan igidisiniz.

Bu gün bizim üçrəngli bayrağımız düşmən işğalından azad edilmiş torpaqlarımızda dalğalanır. Bundan böyük xoşbəxtlik nə ola bilər?! Biz hər zaman Sizinlə fəxr edəcəyik. Dünyaya sübut etdiniz ki, xalqını sevən Prezident belə olar. Allah Sizə uzun ömür versin! Həmişə var olun, cənab Prezident!

Hörmətlə,

Ağayeva Gülşən Səməd qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.