16 yanvar 2021, 13:36

Fətulla Qurbanovdan, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz, Astara rayonunun Şahağac kənd sakinləri Sizə bildiririk ki, kəndə gələn ara yoldan daim istifadə edən 400-dən artıq insan çox əziyyət çəkirdik. Hazırda isə həmin yolda bərpa işləri görülür və asfaltlaşma işləri aparılır. Buna görə Sizə minnətdarıq.

Sizin rayon və kəndlərdə abadlıq və quruculuq işlərinin aparılmasına dair qərarlarınız hamımızı sevindirir və fərəhləndirir. Biz bütün kənd ictimaiyyəti adından Sizə “çox sağ olun” deyirik və sonsuz təşəkkürlərimizi bildiririk.

Hörmətlə,

Qurbanov Fətulla Oruc oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Şahağac kəndi.