16 yanvar 2021, 12:01

Mehriban Əhmədovadan, Gəncə, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Vətən müharibəsinin 44 günə yekunlaşması bizim illərlə hazırlaşdığımız müharibənin uğurlu nəticəsidir. Təbii ki, bu nəticəni Ordumuz öz gücü, iradəsi və qorxmazlığı ilə qazandı. Mən fəxr edirəm ki, mənim oğlum da Qələbəmizə öz töhfəsini vermiş həmin qəhrəmanlardan biri olmuşdur. O, hər zaman Vətənini düşünürdü, dönə-dönə təkrarlayırdı ki, Qarabağı öz gücümüzə alacağıq. Elə də oldu. Mən inanıram ki, bütün əsgərlərimiz elə mənim oğlum kimi düşündükləri üçün biz müharibəni uğurla yekunlaşdırdıq. Övladımı itirdim, ancaq ailəm, xalqımız dünyanın ən gözəl hədiyyəsini qazandı. İlk olaraq, itirilmiş torpaqlarını, ikincisi isə ömür boyu davam edəcək qürur hissini. Bir də ona görə sevinirəm ki, xalqın və dövlətin dəstəyini, qayğısını hiss edirik. Bu, bizi daha da ruhlandırır. Buna görə cənab Prezidentimiz, Sizə dərin minnətdarlığımı bildirirəm. Var olasınız!

Hörmətlə,

Əhmədova Mehriban, şəhid anası.

Azərbaycan Respublikası, Gəncə şəhəri.