16 yanvar 2021, 11:15

Şakir İbrahimovdan, Laçın, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Sizin rəhbərliyinizlə Azərbaycanın şanlı Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar nəticəsində uzun illərdən bəri düşmən tapdağında olan doğma torpaqlarımızın işğaldan azad olunması birinci Qarabağ müharibəsinin veteranı olaraq məni çox qürurlandırır. Hər kəs kimi mən də öz ata-baba torpaqlarımı çox sevirəm və uzun müddət o yerlərin həsrəti ilə yaşamışam.

Yaxın zamanlarda razılıq olacağı təqdirdə, doğma Laçınıma gedib orada çadırda olsa belə yaşamağa hazıram. Bizə doğma yurd yerlərimizi qaytardığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi həmişə var eləsin, cənab Prezident!

Hörmətlə,

İbrahimov Şakir, birinci Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Laçın rayonu, Qarıkaha kəndi.