16 yanvar 2021, 11:00

Laçın rayonu Qarakeçdi kənd sakinlərindən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz - Laçın rayon Qarakeçdi kənd sakinləri 30 ilə yaxın bir müddət ərzində işğal altında olan doğma ata-baba torpaqlarımızı düşmən tapdağından azad etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Azərbaycanımızın milli maraqlarına xidmət edən güclü siyasətinizlə 44 günlük haqq savaşında qalib gəlməklə Siz ölkəmizi beynəlxalq aləmdə söz sahibinə çevirdiniz. Nə yaxşı ki, Sizin kimi xalqımızın rifahını düşünən və dövlətimizi inkişaf etdirən rəhbərimiz, qətiyyətli liderimiz vardır. Allah Sizi qorusun!

Sizə bildirmək istəyirik ki, biz yaxın gələcəkdə doğma yurdumuza qayıtmaq, Qarabağımızın yenidən canlandırılması, orada aparılacaq bərpa və quruculuq işlərində fəal iştirak etmək niyyətindəyik. İnanırıq ki, bu arzumuzun gerçəkləşməsi heç də uzaqda deyildir.

Hörmətlə,

Laçın rayonu Qarakeçdi kənd sakinləri adından,

Əhmədov Əbdül,

İmranov Vəli,

Həsənquliyeva Mazilə,

Şirinov Səbuhi,

Abuzərov İbad.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.