Günel Eyvazovadan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan, Möhtərəm cənab Prezident!
Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın işğaldan azad edilməsi münasibətilə Sizi ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin, düşünülmüş siyasətinizin, eləcə də Azərbaycan xalqının birliyinin nəticəsidir Sayənizdə Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birinə şahid oldu. Siz bizim qəlbimizin fatehi oldunuz, tariximizə qalib Prezident kimi düşdünüz. Əvəzsiz xidmətlərinizi heç zaman unutmarıq. Mən Zığ qəsəbəsinin sakiniyəm. Həm Azərbaycan gənci, həm də mədəniyyət işçisi olaraq bu məktubu yazmağı özümə borc bilirəm. Sizinlə fəxr edirəm, Sizin müdrik siyasətinizin ətrafında sıx birləşən bir xalqın nümayəndəsi olmaqdan qürur duyuram. Ulu öndərimiz demişkən: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu qüruru mənə bir daha yaşatdığınız üçün Sizə minnətdaram. Tarixi Qələbəmizin əldə olunmasında Sizi müdrik dövlət başçısı, qətiyyətli sərkərdə və Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi alqışlayır, 30 illik intizardan sonra bizə qələbə sevincini yaşatdığınıza görə həm şəxsən öz adımdan, həm də ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Eyvazova Günel Əzim qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.