16 yanvar 2021, 10:33

Hamlet Allahverdiyevdən, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident.

Rəhbərliyiniz altında müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində böyük zəfər qazanması münasibətilə Sizləri səmimi qəlbdən təbrik edirik. Bu haqq savaşında qəhrəmanlığı ilə fərqlənən döyüşçülərimizə verdiyiniz qiyməti Sizin Azərbaycan dövlətçiliyinə və xalqımıza olan diqqət və qayğınızın nəticəsi kimi dəyərləndiririk.

Sizin Sərəncamınızla birinci Qarabağ müharibəsinin iştirakçısı olan İbad Hüseynovun doğma torpaqlarımız uğrunda aparılan döyüş əməliyyatları zamanı göstərdiyi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi bizi çox sevindirir. Buna görə Sizə sonsuz təşəkkürlərimizi bildiririk.

Xocavənd rayonunun Salakətin kənd sakinləri və şəxsən öz adımdan Sizə dövlətimizin inkişafı naminə qarşıdakı fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Allahverdiyev Hamlet,

Xocavənd rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Beyləqan rayonu.