15 yanvar 2021, 18:17

Ələmşah Hüseynovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz şuşalılar da bütün azərbaycanlılar kimi Sizinlə fəxr edirik. Gördüyünüz iş, verdiyiniz hər bir qərar xalqımızın ürəyincədir. Siz Azərbaycan xalqına zəfər sevinci bəxş etdiniz. Biz məcburi köçkünlər öz doğma torpaqlarımıza dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Böyük qayıdışın möhtəşəm olacağını bütün xalqımız inamla gözləyir.

Şuşa şəhəri ilə bağlı bütün göstərişləriniz, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməyiniz biz şuşalıları çox sevindirir. Uğurlu siyasətiniz nəticəsində torpaqlarımızın azadlığı uğrunda çox işlər görmüsünüz. İndi isə o torpaqları cənnətə çevirmək üçün çalışırsınız.

Möhtərəm Prezident, Sizi Qələbə münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda ən önəmli, ən gözəl, ən şirin nemət olan sağlamlıq, ailə səadəti, xoşbəxtlik arzulayır, ölkəmizin inkişafında uğurlar diləyirəm.

Müzəffər Ali Baş Komandan.

2-ci qrup Qarabağ əlili kimi bu haqq savaşında torpağımız uğrunda şəhid olmuş hər bir əsgər və zabitimizə Uca Tanrıdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hüseynov Ələmşah İslam oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.