15 yanvar 2021, 18:05

Laçın rayonunun Ağbulaq kənd sakinlərindən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Biz Laçın rayonunun Ağbulaq kənd sakinləri adından Sizi salamlayır və xalqımıza böyük zəfər sevinci yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Uzun sürən doğma Qarabağ, Laçın həsrətimiz Sizin komandanlığınız altında sona çatdı, şanlı Vətən müharibəsi qələbə ilə nəticələndi. Bu qalibiyyət nəinki bizim, hətta gələcək nəsillərimizin qürur mənbəyi olacaqdır.

Rayonumuzun bütün məcburi köçkünləri adından Sizə bir daha minnətdarlığımızı bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Biz hamımız səbirsizliklə Laçınımıza qayıdacağımız günü gözləyirik.

Allah Sizi qorusun!

Hörmətlə,

Laçın rayonunun Ağbulaq kənd sakinləri adından,

Baxşalıyev Natiq,

Baxşalıyev Yusif,

Xıdırov Əziz,

Xudayarov Qaraxan,

Hümbətov Sakit,

Baxşalıyev Əhməd,

Alxanov Xudayar.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.