15 yanvar 2021, 17:38

Vəli İmranovdan, Laçın, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Bu gün bizlər Sizin rəhbərliyiniz altında müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində doğma torpaqlarımızın işğaldan azad olunması sevinci və qürurunu yaşayırıq. 44 günlük haqq savaşında Siz həm siyasi arenada, həm də hərb meydanında qazandığınız böyük qalibiyyətlə Azərbaycanın güclü və qüdrətli bir dövlət olduğunu bütün dünyaya sübut etdiniz.

Biz fəxr edirik ki, Sizin kimi qətiyyətli, cəsarətli və humanist bir Prezidentimiz var. İnanırıq ki, çox yaxında doğma yurd yerimiz olan Laçınımıza qovuşacağıq.

Allah Sizi qorusun! Qarabağ Azərbaycandır!

Hörmətlə,

İmranov Vəli Əli oğlu

Azərbaycan Respublikası, Laçın rayonu, Qarakeçdi kəndi.