15 yanvar 2021, 17:25

Hacıkişi Fətəliyevdən, Astara, Azərbaycan

Hörmətli Prezident,

Belə bir çətin vəziyyətdə kəndimizə asfalt yolu çəkilməsi kənd camaatının böyük sevincinə səbəb olmuşdur. Əvvəllər bu yolun bərbad olması səbəbindən kənd əhalisi çox əziyyət çəkirdi. Çox sağ olun ki, bizi bu problemdən qurtardınız.

Cənab Prezident, Astara rayonu Siyəkü kənd əhalisi hər zaman Sizin dəstəkçiniz olub və hər zaman Sizin yanınızdadır. Sizi çox sevir və Sizinlə qürur duyuruq.

Sizə bir daha kənd camaatı adından dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Fətəliyev Hacıkişi Əli oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Siyəkü kəndi.