15 yanvar 2021, 16:27

Mustafa Kurtdan, Uşak, Türkiyə

Hörmətli cənab Prezident İlham Əliyev,

Biz bir millət iki dövlətik. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu 44 gün ərzində qəhrəmancasına düşmənlə savaşdı və düşmən üzərində şanlı Qələbə qazandı.

Mənfur ermənilər Azərbaycan əsgərinin gücünə tab gətirə bilməyərək pərişan oldular. Azərbaycan torpaqlarında vandallıq aktları törətməklə, vəhşi erməni birlikləri dünyaya öz rəzil simalarını bir daha nümayiş etdirdilər.

Cənab Prezident, tezliklə Azərbaycana gəlmək və xalqınızı ziyarət etmək arzusundayam. Çox istərdim ki, Azərbaycana dəstək üçün Türkiyədə də yardım fondu təsis edilsin və hər kəs imkanı daxilində ora ianələr etsin.

Türk xalqı adından Sizlərə böyük sevgi və ehtiramımı çatdırıram.

Uca Allah qəhrəman xalqınıza və Ordunuza kömək olsun.

Hörmətlə,

Mustafa Kurt

Türkiyə Respublikası, Uşak şəhəri.