İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasının açılışında iştirak etmişdir

30 may 2012, 14:30

Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilmişdir.

Prezident İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak etmişdir.

Dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verdi ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasıdır.

Bildirildi ki, bu səhiyyə ocağı 1921-ci ildə Naxçıvan şəhər xəstəxanasının nəzdində yaradılmış və ambulatoriya kimi fəaliyyətə başlamış, 1930-cu ildə isə mərkəzi poliklinikaya çevrilmişdir. 1972-ci ildə isə şəhər xəstəxanasından ayrılaraq Naxçıvan şəhər poliklinikası kimi fəaliyyət göstərmişdir. Poliklinika 1990-cı ildən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.

Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olmuş, Zərifə xanım Əliyevanın büstünün və xatirəsinə həsr olunmuş guşənin açılış mərasimində iştirak etmişdir.

Diqqətə çatdırıldı ki, poliklinikanın altımərtəbəli binasında yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

Foyedə akademik Zərifə xanım Əliyevanın büstü qoyulmuş, həyat və fəaliyyətini əks etdirən maraqlı fotolar, həmçinin tanınmış insanların görkəmli oftalmoloq alim haqqında söylədikləri fikirlər yer almışdır. Zərifə xanım Əliyeva haqqında kitablar da böyük maraq doğurur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, binanın beşinci və altıncı mərtəbələrində yeni yaradılmış stomatoloji mərkəz fəaliyyət göstərir. Burada on kabinet, əməliyyat və rentgen otaqları və protez diş laboratoriyaları vardır. Mərkəz on stomatoloji qurğu, panorom rentgen, diş rentgeni, müxtəlif avtoklav və sterilizatorlar, lazer müalicə cihazı, diş müayinəsi, cərrahiyyəsi, protez və texniki alət dəstləri, tələbələr üçün yeddi, müəllimlər üçün isə bir fanton masa dəsti və digər avadanlıqla təchiz edilmişdir. Burada 12 həkim, 19 orta tibb işçisi və 20 kiçik tibb işçisi çalışır.

Binanın zirzəmi qatı ilə birlikdə beş mərtəbəsində poliklinika yerləşir. Poliklinikada iki terapiya, cərrahiyyə, rentgen, laboratoriya, ümumilikdə beş şöbə fəaliyyət göstərir. Burada oftalmoloq, nevroloji, ginekoloji, fizioterapiya, stomatoloji, kardioloji, revmatoloji, ultrasəslə müayinə, lor, travmatoloji, yoluxucu xəstəliklər, profilaktik müayinə və herontoloji kabinetləri vardır. Poliklinikanın binasında aptek, bufet, iclas zalı və sinif otaqları da yaradılmışdır.

Qeyd olundu ki, poliklinikada Naxçıvan şəhərinin 66,2 min sakininə xidmət göstərən 12 sahə terapevti fəaliyyət göstərir.

Poliklinikaya laboratoriya üçün avtoanalizatorlar, rentgen, elektrokardioqrafiya, ultrasəslə müayinə aparatları, lor və cərrahiyyə üçün müayinə, eləcə də cərrahi alətlər dəsti, göz kabineti üçün şirim lampası, binokulyar lupa, oftalmoskop və digər zəruri avadanlıq verilmişdir. Burada 37 həkim, 56 orta tibb işçisi və 31 kiçik tibb işçisi vətəndaşlara xidmət göstərir.

Tibb ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev poliklinikanın kollektivinə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏRSərəncamlar19 aprel 2019
16:15
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam et...

19 aprel 2019, 16:15
SƏNƏDLƏRSərəncamlar18 aprel 2019
16:58
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdir...

18 aprel 2019, 16:58
SƏNƏDLƏRFərmanlar18 aprel 2019
16:55
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr t...

18 aprel 2019, 16:55
SƏNƏDLƏRSərəncamlar18 aprel 2019
16:46
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1542-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli...

18 aprel 2019, 16:46
SƏNƏDLƏRFərmanlar18 aprel 2019
16:30
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1543-VQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1543-VQD nömrəli Qanununun qüvvəyə...

18 aprel 2019, 16:30
SƏNƏDLƏRSərəncamlar18 aprel 2019
16:20
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1544-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019...

18 aprel 2019, 16:20