14 yanvar 2021, 10:19

Baris Alışovdan, Xocavənd, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Sizə torpaqlarımızı azad etdiyinizə, qaçqın və məcburi köçkünləri öz doğma yurd-yuvalarına qayıtmasında qazandığımız uğura görə, Qələbəmizə görə təşəkkür edirik.

Xocavənd rayon Muğanlı kənd sakini Hüseynov İbad Mövsüm oğluna birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi qəsəbə sakinlərinin sevincinə səbəb olmuşdur. Buna görə Sizə Beyləqan rayon ərazisində salınmış 500 ailəlik Xocavənd rayon sakinləri adından öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Alışov Baris Muxtar oğlu

Azərbaycan Respublikası, Xocavənd rayonu.