Allahverdi Gülmalıyevdən, Xocavənd, Azərbaycan
14 yanvar 2021, 09:48
Hörmətli cənab Prezident,
44 günlük Vətən müharibəsində Azərbaycanın böyük zəfəri münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Bu haqq savaşında fərqlənən döyüşçülərimizə verdiyiniz qiymət Sizin xalqımıza olan diqqət və qayğınızın bariz nümunəsidir. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi bizi çox sevindirir. Buna görə Xocavənd rayonunun Muğanlı kənd sakinləri və öz adımdan Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin!
Hörmətlə,
Gülmalıyev Allahverdi Qara oğlu
Azərbaycan Respublikası, Xocavənd rayonu.