Cavay Hüseynovdan, Xocavənd, Azərbaycan
Text size
14 yanvar 2021, 09:36
Müzəffər Ali Baş Komandan!
44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində Qələbə qazanmasının memarı kimi Sizi səmimi qəlbdən təbrik edirik. Vətən müharibəsində fərqlənən döyüşçülərimizə verdiyiniz qiymət Sizin xalqımıza olan diqqətinizdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı İbad Mövsüm oğlu Hüseynova Azərbaycanın “Milli Qəhrəmanı” fəxri adının verilməsi bizi sevindirir.
Xocavənd rayonu Qaradağlı kənd sakinləri adından Sizə bir daha təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Hüseynov Cavay Həmid oğlu
Azərbaycan Respublikası, Xocavənd rayonu.