Vaqif Məmmədov və başqalarından, Mingəçevir, Azərbaycan
Text size
14 yanvar 2021, 09:28
Hörmətli cənab Prezident,
30 il həsrətində olduğumuz torpaqlarımızı 44 günə azad etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qarabağın belə qısa bir müddətə azad olunması bizim üçün bir möcüzədir.
Sizin bu xidmətiniz ulu öndərimiz Heydər Əliyevin xidmətləri kimi heç vaxt unudulmayacaq.
Yaşadığım təmiz, işıqlı Mingəçevirimizin abadlığı Sizin xalqımıza, bizə olan diqqət və qayğının nəticəsidir. Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident.
Hörmətlə,
Məmmədov Vaqif Əli oğlu,
Əhmədov İbrahim Cəfər oğlu,
Həsənov Əli Əmraslan oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.