14 yanvar 2021, 09:00

Dünarə Əbdürəhimova və Azər Tağıyevdən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə, torpaqlarımızın yağı düşməndən azad edilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz laçınlılar hər zaman Sizin dəstək və qayğınızı hiss etmiş, Sizinlə qürur duymuşuq.

Doğma yurd yerimiz olan Laçına gedəcəyimiz, oranı yenidən cənnətə çevirəcəyimiz günləri səbirsizliklə gözləyirik.

Hörmətlə,

Əbdürəhimova Dünarə,

Tağıyev Azər.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.