Toğrul Kərimlidən, Sabirabad, Azərbaycan
13 yanvar 2021, 18:39
Əziz və hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Tarix Sizi millətin şan-şöhrət rəmzi kimi yetişdirib. İlham Əliyev mötəbər məclislərdə xalqımızın ləyaqətli elçisidir. Onun daşıdığı titulların hər birinə nəzər salsaq iftixarla deyə bilərik: İlham Əliyev əsl Liderdir! Qarabağ probleminin həlli yolunda biz ondan çox şey gözləyirdik və inamlarımız liderimizin sayəsində gerçək oldu. Ali Baş Komandan, möhtərəm cənab Prezident, Sizə işğal olunmuş torpaqlarımızı azad etdiyinizə, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına, doğma ocaqlarına qayıtmasında qazandığınız uğura görə, Qələbəmizə görə təşəkkür edirəm. Mən bir Şurnuxlu kimi Sizə çox sağ olun deyirəm, mənim ata-baba torpağımı yağı düşməndən azad etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Müdrik bir atalar sözü var: “Ataların yolu oğulların yoludur”. Bu atalar sözü Sizin haqqınızda deyilib. Siz Ulu Öndərimizin davamçısısınız. Atanıza verdiyiniz sözü tutdunuz. Uğurlarınız davamlı olsun! Biz bilirik ki, Siz işğaldan azad olunmuş torpaqlarımızı cənnətə çevirəcəksiniz. Bir daha Sizə təşəkkür edirəm.
Hörmətlə,
Kərimli Toğrul Ötgün oğlu
Azərbaycan Respublikası, Sabirabad şəhəri.