13 yanvar 2021, 18:27

Sakit Niyazovdan, Sabirabad, Azərbaycan

Hörmətli Prezident! Müzəffər Ali Baş Komandan!

Bir 4-cü kurs tələbəsi kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur. Bu, Azərbaycan kimi gənc bir ölkə və onun gənc ordusu üçün həqiqətən misilsiz uğur, inanılmaz nailiyyətdir. Sizin xalqı bir yumruq kimi birləşdirən “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlılarının milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisinə çevrilmişdir. Bu xoş günləri bizlərə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Niyazov Sakit Qılman oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Şıxsalahlı kəndi.